Xəbərlər
Böyük inkişaf yolu
İsmayıllı rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də İsmayıllı şəhərində bir qrup seçici ilə fərdi görüş keçirilib.
Görüşlərdə YAP İsmayıllı rayon təşkilatının sədr müavini Anar Nəbiyev çıxış edib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il böyük uğurlar və nailiyyətlərlə yadda qalıb. Ölkəmizin dünyada nüfuzunun artması dövlət başçımızın müdrik siyasətinin nəticəsidir. Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan hər sahədə böyük inkişaf yolu qət edib. Bugünkü inkişaf Azərbaycan xalqının düzgün seçim etdiyini göstərib.
Seçicilər də öz növbəsində hər bir azərbaycanlının Prezidenti olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklərini deyiblər.