Xəbərlər
Xocalı gəncləri ilə görüş...
2024-cü fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı rayon Mədəniyyət Evində gənclər, o cümlədən idmançılarla görüş keçirilib.
Görüşdə YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev çıxış edərək bildirib ki, ötən 20 ildə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizdə hərtərəfli dinamik inkişafı təmin edərək qüdrətli ordu formalaşdırıb və xalqımıza Zəfər sevinci bəxş edib.
Əminliklə bildirilib ki, xalqımız bu dəfə də düzgün seçim edərək qalib Lider cənab İlham Əliyevə səs verəcəklər.
Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Xocalıdan olan şəhid ailələri ziyarət olunub və fərdi görüşlər də keçirilib.