Xəbərlər
“Cənab İlham Əliyevin qələbəsinə əminik!”

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də İmişli rayonunun Muradxanlı və Əliqulular kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təşviqat qrupunun üzvləri Novruz Quliyev, Şahsuvar Əmrahov və İsrafil Quliyev çıxış ediblər. Bildirilib ki, Azərbaycanın günü-gündən çiçəklənməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, əvəzsiz xidmətlərinin nəticəsidir. Dövlət başçısının uğurlu fəaliyyəti bütün dünya üçün nümunədir.
Seçicilər ilk dəfə bütün Azərbaycan ərazisini əhatə edəcək Zəfər seçkisinin qalibinin məhz cənab İlham Əliyev olacağına əminlik ifadə ediblər.