YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Adını hərb tarixinə həkk etmiş Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Quba rayonunun Hacıhüseynli və Hacıqayib kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, təşviqat qrupunun üzvləri Elxan Məhərrəmov, Tahir Nuriyev, Elza Orucova, Kamran Əliyev və Fidan Bağırova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması şəraitində keçiriləcək. 

Natiqlər Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən danışıb, şanlı Qələbənin yenilməz Azərbaycan Ordusunun qüdrətinin bariz göstəricisi, Prezident-Xalq sarsılmaz birliyinin böyük təcəssümü olduğunu deyiblər.

Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində dəmir yumruq kimi birləşərək qalib xalqın qalib Lideri olan cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, həmin gün Vətən müharibəsi şəhidi Rahim Mikayılovun Quba rayonu İkinci Nügədi kəndində yaşayan ailəsi də ziyarət olunub.