Xəbərlər
Daşkəsənlilər 7 fevralda düzgün seçim edəcək

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Daşkəsən rayonunun Qabaqtəpə, Pirverdilər, Təzəkənd, Astaf və Güneykənd kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Milli Məclisin deputatı Kamran Bayramov və başqaları çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının müstəqillik tarixində bir sıra əlamətdar günlər var. Məhz bu kimi günlərin sırasına 7 fevral 2024-cü il tarixi də əlavə olunacaq. Çünki, ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək bu seçkilərdə Azərbaycan xalqı artıq işğal və seperatizm problemi olmadan, eləcə də müstəqillik tarixinin ən güclü dövrünü yaşayaraq siyasi iradəsini ortaya qoyacaq.
Seçicilər fevralın 7-də həmişə xalqımızın fəxri olan qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.