YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq alternativsiz Lider İlham Əliyevi dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Nəsimi rayonunda Novruzov qardaşları, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Süleyman Tağızadə, 13-cü Dağlıq, Namik Məlikov, Azər Əliyev, Yusif Vəzir Çəmənzəminli küçələri yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və Prezident İlham Əliyevə həsr olunmuş film nümayiş etdirilib.

Görüşlərdə YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Təftiş komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, təşviqat qrupunun üzvləri Vaqif Abdullayev, Nadir İsmayılov, Lalə Azərtaş, Nazim Kazımov, İbrahim Kazımbəyli çıxış ediblər.

Çıxışlar zamanı qeyd olunub ki, “Zəfər” seçkisi kimi tarixə düşəcək 7 fevral prezident seçkiləri ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunmasının daha bir göstəricisidir. Müstəqillik dövründə ilk dəfə olaraq bütün ölkə ərazisində seçkilərin keçirilməsi bu reallığı təsdiqləyir.

Eyni zamanda, bildirilib ki, Prezident İlham Əliyev son 20 ildə Azərbaycanın dinamik inkişafını təmin etməklə ölkəmizi dünya miqyasında nüfuzlu dövlətlər sırasına çıxarıb. Eləcə də, bu siyasət nəticəsində vətəndaşların  sosial vəziyyəti günbəgün yaxşılaşır, həyat səviyyəsi daha da yüksəlir. Azərbaycanı işıqlı gələcəyə doğru aparan ölkə rəhbəri İlham Əliyevin gördüyü işlər, həyata keçirdiyi uğurlu siyasət onun bu seçkilərdə alternativsiz namizəd olduğunu bir daha təsdiqləyir. 

Öz növbəsində çıxış edən seçicilər artıq öz seçimlərini etdiklərini, hamılıqla 7 fevralda baş tutacaq seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi – qalib Lider İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv