Xəbərlər
Ağstafalılar Qalib Xalqın Qalib Lideri İlham Əliyevə səs verəcəklər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Ağstafa rayonunun Qıraq Kəsəmən, Göycəli kəndlərində seçicilərlə və Zəlimxan kəndində, Vurğun qəsəbəsində şəhid ailələri ilə görüş keçirilib.
Görüşlərdən əvvəl Qıraq Kəsəmən və Göycəli kəndlərində şəhid ailələrinin iştirakı ilə “Şəhidlər” abidə kompleksləri ziyarət olunub, abidələrin önünə tər gül dəstələri düzülüb.
Tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, təşviqat qrupunun üzvləri Cümşüd Musayev, Şəfəq Heydərli, İmran Nəsibov, Aqşin Quliyev, Məmməd Məmmədov, Fəridə Həsənova, Asif Qənbərov və Şəfəq Cəlilova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətdə olduğu 20 il ərzində Azərbaycan regionun lider dövlətinə çevirilib, bütün sahələr üzrə möhtəşəm qələbələr, dövlətçilik tariximizdə böyük zəfərlər qazanıb.
Natiqlər seçiciləri 7 fevral seçkilərində fəal iştirak etməyə və ötən illər ərzində ölkəmizə mühüm uğurlar qazandıran Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
Görüşlər zamanı çıxış edən şəhid ailələri və digər seçicilər Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti dəstəklədiklərini, fevralın 7-də keçiriləcək seçkidə fəal iştirak edərək YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Tədbirlərin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.