YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyev uğur və qələbə simvolu kimi

Lənkəran rayonu Ürgə kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 16-da Lənkəran rayonu Ürgə kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədr müavini Əlövsət Qurbanov, təşviqat qrupunun üzvləri çıxış ediblər.

Çıxışlarda son 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyi, ölkəmizin qarşısında yeni perspektivlərin açıldığı, ən böyük nailiyyətin isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğu qeyd edilib. 

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, qələbəmizin memarı İlham Əliyevə səs verəcəklərini bildiriblər.