YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyi Respublika günü ilə əlaqədar tədbir keçirib

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ofisində "Tarix Klubunun" 28 may Respublika gününə həsr olunmuş növbəti müzakirəsi keçirilib. Tədbirdə YAP GB sədri Seymur Orucov, Bakı Dövlət Universitetinin Tarix elmləri doktoru , Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının profesoru İbrahim Zeynalov, YAP GB üzvləri iştirak ediblər.

Tədbirdə ilk çıxışı edən YAP GB sədri Seymur Orucov bildirib ki, "Tarix Klubunun" bugünkü mövzusu 28 may Respublika gününə həsr edilib.

Onun sözlərinə görə, bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olub: “Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.”

Daha sonra söz alan İbrahim Zeynalov vurğulayıb ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxıb.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi: “Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.”

Tədbirin sonunda İ. Zeynalov gəncləri maraqlandıran sulları cavablandırıb.