Partiya xəbərləri
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına
Sizi və bütün qardaş Azərbaycan xalqını ən mühüm dövlət bayramı - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Tacikistan Xalq Demokratik Partiyası adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gün Azərbaycan xalqının möhkəm iradəsinin, milli birliyinin, güclü və firavan dövlət qurmaq əzminin simvoludur. Müstəqillik illərində düşünülmüş və uzaqgörən dövlət siyasəti və Yeni Azərbaycan Partiyasının fəal rolu sayəsində respublikanız sosial-iqtisadi inkişaf, beynəlxalq nüfuzun yüksəldilməsi və sabitliyin təmin olunmasında mühüm uğurlar əldə etmişdir.
Biz Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq münasibətlərinin mütərəqqi inkişafını, eləcə də partiyalarımız arasında səmərəli dialoq və əməkdaşlığı yüksək qiymətləndiririk. Əminik ki, mövcud möhkəm əlaqələr bundan sonra da xalqlarımız arasında qarşılıqlı anlaşma, etimad və həmrəyliyin güclənməsinə xidmət edəcəkdir.
Yeni Azərbaycan Partiyasına qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində yeni nailiyyətlər, qardaş Azərbaycan xalqına isə sülh, firavanlıq və davamlı tərəqqi arzulayırıq!
Dərin hörmət və ən xoş arzularla,
Malikşo Nematzoda
Tacikistan Xalq Demokratik Partiyası
Sədrinin birinci müavini