YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz xalqımıza ən böyük xoşbəxtliyi yaşadan İlham Əliyevdir”

Cəlilabad rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Cəlilabad rayonunun Uzuntəpə və Əliqasımlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Cəlilabad Rayon Təşkilatının sədri Mirsüleyman Mirxaslı, Rayon Təşkilatı Təbliğat Qrupunun üzvləri Ədalət Əsgərov, Şahlar Əsədüllayev və Yeganə Rzayeva çıxış ediblər.

Görüşdə çıxış edən YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı və təşviqat qrupunun üzvləri Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlarından geniş bəhs ediblər. Diqqətə çatdırılıb ki, son 20 ildə Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyimiz Qələbə sayəsində qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim edir.

Ali Baş Komandan İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək, xalqımıza özünün çoxəsrlik tarixində ən böyük uğuru və xoşbəxtliyi yaşadıb. Əminliklə ifadə olunub ki, bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və əbədi yaşayacaqdır.

Seçicilər sadalanan reallıqlar fonunda fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər. 

DİGƏR Xəbərlər Arxiv