YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın inam və etimadını qazanmış Lider

Ağdam rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 15-də Ağdam rayon Heydər Əliyev Mərkəzində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Mehman Göyüşov, Baxşeyiş Hətəmov, Elşən Zeynalov, Şamil Əbilov və şəhid anası Maya Quliyeva çıxış ediblər.

Çıxışlarda seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedən Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas prioritetlərindən bəhs edilib. Bildirilib ki, Azərbaycanın son 20 ildə inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır.  Bu uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan hazırda bütün sahələr üzrə dinamik inkişafın yeni mərhələsini yaşayır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri olduğu xüsusi qeyd edilib.

Natiqlər vətəndaşları praqmatik siyasəti ilə xalqın inam və etimadını qazanmış partiyanın namizədi İlham Əliyevə səs verməyə dəvət ediblər.

Görüş zamanı çıxış edən seçicilər isə fevralın 7-də keçiriləcək prezident seçkilərində yekdilliklə Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

Qeyd edək ki, həmin gün Ağdam Mexaniki Suvarma İdarəsinin akt zalında Xındırıstan, Paşabəyli, Sarıçoban, Baharlı və Bəybabalar kəndindən olan seçicilərlə də görüş keçirilib. Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, təşviqat qrupunun üzvləri Natiq Cavadov, Rizvan Aslanov, Ramil Səlimov çıxış edərək seçiciləri Zəfər seçkisində Azərbaycanın müstəqilliyinin və dinamik inkişafının qarantı olan qətiyyətli, müdrik Lider İlham Əliyevi dəstəkləməyə çağırıblar.

DİGƏR Xəbərlər Arxiv