YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin komitə sədri seçiciləri qəbul edib

15 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tərəfindən Milli Məclisin Aparatında vətəndaşların qəbulu üzrə cədvələ əsasən növbəti qəbul keçirilmiş və vətəndaşların müraciətlərinə baxılmışdır.

Qəbulda müraciət edənlər müharibə veteranları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər kateqoriyadan olan vətəndaşlar olmuşlar.

Qəbul zamanı vətəndaşların müraciətləri müxtəlif məsələləri əhatə etmişdir. Müraciətlərin bir çoxunun icrası operativ qaydada təmin edilmiş, bir qismi baxılması üçün aidiyyəti orqanlara göndərilmiş, qanunvericiliyin tələblərinə uyğun olmayan müraciətlərlə bağlı isə izahat verilmişdir.