YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Açıq və birmənalı

“9 noyabr 2023- cü il Prezident İlham Əliyevin Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XVI Zirvə toplantısında iştirakı mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxışında bir sıra vacib məsələlərə toxundu. Dövlətmizlə Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrini nəzərə alsaq iki dövlət arasında münasibətlərin uğurlu inkişafı artıq bəlli səviyyəyə yüksəlib. 2022-ci il Prezident İlham Əliyev Özbəkistanda 1 dövlət səfəri və 2 işgüzar səfərdə olub.” Bunu Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib deyib.

Abbas Əliyev qeyd edib ki, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycan nəqliyyat və logistika mərkəzi rolunda çıxış edir. Həmçinin dövlətimiz münbit sərmayə iqliminə malikdir. Dövlətimizin neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq bərpaolunan enerji sahəsinin inkişafına xüsusi önəm verir. Elə bu amil ölkəmizi yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevrilməsində mühüm aparızcı qüvvə olacaq. Prezident İlham Əliyev Daşkənd Zirvə görüşündə Ermənistan Azərbaycanın iyirmi faiz ərazisini otuz ilə yaxın işğal altında saxladığını, bu müddətdə xalqımıza qarşı ermənilər tərəfindən etnik təmizləmə siyasətinin həyata keçirildiyinidə vurğuladı. Həmçinin cənab  Prezidemt 1 milyondan artıq azərbaycanlının öz dədə-baba yurdundan məhz Ermənistanın işğal siyasəti nəticəsindən didərgin salındığınıda qeyd etdi. Azərbaycan ərazilərinin erməni silahlı birləşmələrindən boşaldılması ilə bağlı aparılan uzunmüddətli danışıqılar heç bir nəticə vermədi. Nəticədə Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək ərazilərini işğalda azad etdi.

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev qeyd edib ki, erməni vandalizmi nəticəsində işğal dövründə Azərbaycanın doqquz şəhəri və yüzlərlə kəndinin yer üzündən silindi: “İşğal müddətində erməni vandalları ərazidə İslam dininə məxsus mədəni və tarixi irs dağıdılıb, təhqir edib. Nəticədə Azərbaycan ərazisində olan altmış yeddi məsciddən altmış beşi dağıdılıb viran qoyulub. Dövlətmizin başçısı da çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin güc yolu ilə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa edildiyini bildirdi. 19-20 sentyabrda keçirilmiş birgünlük antiterror tədbiri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimə son qoydu”.

Abbas Əliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verib: “Ulu Öndər hələ 2002-ci ildə ECO-ya üzv dövlətlərin Qardaş Türkiyənin  İstanbul şəhərində  keçirilmiş dövlət və hökumət başçılarının VII Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. Hazırda təşkilat çərçivəsində əməkdaşlıq əlaqələri sabit qaydada şaxələnir. 2006-cı ildə ECO-nun ölkəmizdə 9 -cu Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş 14-cü toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Bununla yanaşı Azərbaycan ECO-nun fəaliyyətinə bu gün də vacib töhfə verir. Azərbaycan bu təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Təşkilatın IX və XII Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Eyni zamanda hazırkı mərhələdə İƏT-in işində yeni imkanlar açılıb ki, bu xüsusda İran vasitəsilə Naxçıvana avtomobil və dəmir yolunun çəkilməsi barədə razılığın əhəmiyyətli təşəbbüs kimi önə çıxır. Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal iş gedir. Azərbaycanın irəli sürdüyü 3+3 əməkdaşlıq formatı bu təşkilata üzv ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə, Şərqdən Qərbə yüklərin daha qısa zamanda və sərfəli qiymətə daşınmasına xidmət edəcək. Eyni zamanda Təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim dəstək göstərib. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub.

DİGƏR Xəbərlər Arxiv