YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ali Baş Komandanlıq İnstitutu və Fatehlərin Zəfər Triumfu

(siyasi-sosioloji baxış)

Rəna Mirzəzadə

Professor, AMEA FSİ  “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri

Bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma,

qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır...

Prezident İlham Əliyev

Azərbaycan siyasi tarixinə qısa nəzər: XIX əsrin əvvəlindən başlayaraq bütün dünyada yurdu-yuvası olmayan ermənilərin Azərbaycanın tarixi ərazisi Qarabağa köçürdülərək məskunlaşması ilə torpaqlarımızın ermənilər tərəfindən “özününküləşməsi” iddiası başladı və proses iki əsr çəkdi...

- Və XIX əsrin əvvəli Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrindən başlayaraq Qarabağda köç salan, tarixi-əzəli Azərbaycan torpaqlarının toponomiyasını dəyişən, erməniçilik-daşnakçılığın “dənizdən dənizə” xülya olan ideologiyası “Qarabağ Tarixi Azərbaycandır” aksioması ilə məhv edildi.

Ali Baş Komandan İlham Əliyevin müasir təchizatlı ordu quruculuğu strategiyası, uzun illər aparılan diplomatik-beynəlxalq əməkdaşlıq və ölkənin daxili ictimai-siyasi sabitliyi ilə adaptasiyada modern inkişaf xətti, Vətən müharibəsində 30 ilədək müddətdə işğalda olan Qarabağ torpaqlarının hərb yolu ilə geri alınaraq, 8 noyabr 2023-cü il Zəfəri və 20 sentyabr 2023-cü il Azərbaycan Dövlət sərhədlərinin bərpası ilə Yekunlaşdı. Bu tarix Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordunun Qalibiyyət, Azərbaycan Xalqı+Dövlət Vəhdəti Birliyinin Şərəf Salnaməsidir.

-27 sentyabr 2020-ci il... Ağır Covid-19 Pandemiyasının tüğyan etdiyi bir vaxtda Vətən müharibəsinin başlanması, Azərbaycan Xalqının Dəmir Yumruq ətrafında birləşməsinin siyasi-hərbi Tarixidir. Bu tarix XIX əsrin əvvəlindən gələn saxta erməni-daşnakçıların “böyük ermənistan”, “dağlıq qarabağ” mifinin dağıdılması uğrunda Vətən savaşıdır.

-8 noyabr 2020-ci il Milli Ordu Fatehlərinin Triumfu-Şuşanın işğaldan azad olunması Zəfəridir. Bu Azərbaycan Xalqının Şərəfinin-ləyaqətinin Qürur, Mübarizlik Tarixi, Ali Baş Komandanın Qaliblik Triumfudur.                                                                                                                                                                                                                                      

-15 oktyabr 2023-cü il tam 100 illik dövr ərzində Bizim olan, amma “bizdən alınan” Xankəndində də Azərbaycan Bayrağının ucaldılmasının Şərəf Triumfudur.

- “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Ali Baş Komandanın taktiki strategiyası hazırda  “Qarabağ Azərbaycanın tərkibindədir və Azərbaycan Qalib Dövlətdir” gerçək və real bir həqiqətidir.

-2020-ci il 27 sentyabr Vətən müharibəsi başlayan dövrdən dünya KİV və TV-lərinə müxtəlif dillərdə, hər dəfə də dolğun tarixi faktlı fikirlərlə müsahibələr verən Prezidentin məntiqində strateji-hərbi, siyasi-ideoloji, diplomatik-taktiki gedişlər və bu paradiqmaları ehtiva edən çıxışların hər biri ayrıca informasion müharibədə də Qaliblikdir.

-Qarabağda vəhşiliyin, talanın nə dərəcəsi var, nə ölçüsü... Erməni xislətinin əzazilliyi, bu Barbarlığın Şahidi olan Ağacların kəsilsə də, yandırılsa da, mənfur düşmənə inadən yenidən öz toxumu ilə, öz doğma havası, suyu ilə artıb çoxalaraq bar gətirməsi, meyvələrinin öz budağında quruyaraq sanki albuxaraya, kişmişə çevrilməsi dəhşətli, amansız Faciələrin Acı bir reallığının həqiqət fəlsəfəsidir. Yerlə yeksan edilən evlər, dağıdılan məzarlar, minalar səpilmiş tarlalar yer üzündən silməyə cəhd etdikləri Ağdam şəhərinin Xirosimaya çevrilməsi, Ağdamın Sarıcalı kəndində məzarından çıxarılaraq qabırğasına yaba salınıb yenidən basdırılan Körpəcə oğulun, Xocalıdan buzda-şaxtada donaraq gələnlərin, bətnində körpəsi doğranaraq güllələnən anaların, ağaca sarıdılıb yandırılan ata-qardaşların faciəsinin şahidi olan Ağaclar da artıq, Böyük Qayıdışdan doğma səsdən, doğma hənirdən dikəlmiş, dirçəlmiş, yaşıllaşmışdır. Ağdamda qurulan “basılmaz ordulu” ermənilərin istehkamları Milli Ordunun darmadağın etdiyi beton səddlər məhz Qalib Azərbaycanın strateji-diplomatik Hərb siyasətidir. Qarabağda hər tərəfi öldürücü minalar basdırılan torpaq da, içi boş məzarlar da sanki dil açıb faciənin ağırlığından danışır. Qarabağdakı talan, vəhşilik Qərbin – “Sülh” istəkli “Yaxın qonşuluq” məramına erməniliyin insanlığa cavabı  və düşmənliyin ən son nöqtəsi, aqressiyasıdır... Söz donur, kəlimə itir, hər hansı ifadə ilə 30 il bu amansızlığa susan, ikilidə yox, çoxsdandartlı demokratik qurumların 30 ildəki davranışından bəhs etmək belə çox mənasızdır...

-Qarabağdakı talanı, barbarlığı  görəndə insan təfəkkürünün belə qəddarlığı düşünməsi nə qədər ağrılıdırsa, sözlə təsəvvür etmək çox çətindirsə, Mina tarlaları içərisindən bütün keçilməzləri keçib-gedən, iki əsrin Qisasını alan Milli Ordu Fatehlərinin Vətən sevgisini, doğma Torpaq uğrunda Vuruş cəsarətini, Azərbaycanın hərbi-sənaye qüdrətinin möhtəşəmliyini məhz Qarabağdakı Qaliblikdə  təskin tapmaq olur. Qürurlu, başıdik olmaq reallığı Zəfər Yolunun Qalibliklə Yekunudur!

Ulu Öndər Heydər Əliyev məntiqi ilə desək: “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” uzaqgörənliyi və “Qarabağ Azərbaycandır, nöqtə” paradiqması Prezident İlham Əliyevin siyasi-sosioloji və fəlsəfi məntiqinin Zəfər Triumfudur.

-“Sən Azadsan, əziz Şuşa” – Ali Baş Komandan İlham Əliyevin şəhərə xitabən səmimi müraciəti Qalibliyin  Qürur Bəyanatıdır.

“Şuşa biz gəlmişik, Biz səni dirçəldəcəyik” deyə Azərbaycan Xalqına bu uğuru bəyan edən Ali Baş Komandanın Qətiyyətli-kövrək Bəyanatı Dövlətçilik tarixinin Qızıl səhifələridir.

- Həqiqətən də mahnıda deyildiyi kimi “Həyat, sən nə qəribəsən!”. Vətən müharibəsinin ilk günlərindən erməni-daşnak işğalında olan torpaqlar azad olunduqca, Azərbaycan Xalqı Dirçəldi, Acılı-ağrılı Faciələrin fonunda Zəfər şərbətini ağlar-gülər içdi. Artıq göz yaşları sevinc, Qaliblik damlası idi.

Biz Azərbaycanlılar Vətənə, Torpağa nə qədər bağlıyıqsa, o qədər qürurluyuq, Birinci vitse-Prezident Xanım Mehriban Əliyevanın fikri ilə desək: “Bizim vahid Arzumuz Qarabağ Şikəstəsini Qarabağda eşitməkdir”. Azad Qarabağda “Qarabağ Şikəstəsi” səslənir, Şuşa Fatehlərinin mübarizliyinin şahidi olan sıldırım qayalara Qartallar qayıdıbdır. Qarabağda hər yerdən Azərbaycan Xalqının səsi, nəfəsi gəlir, əməyi ucalır, Şuşa dirçəlir, şəhər kimi yox edilən Ağdam-Fizuli-Cəbrayıl-Zəngilan və s. şəhərləşir, yalnız adı qalan kəndlər-qəsəbələr yenidən tikilir, qurulur,  bütün Azərbaycanda olduğu kimi, Qarabağda da sürəkli nəhəng iqtisadi-mədəni quruculuq işləri aparılır, infrastruktur modernləşir, Xankəndi Xan əzəməti ilə doğma sakinlərinin addımlarından dirçəlir.

Prezident İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Qarabağ iqtisadi rayonu haqqında Fərmanı məhz işğalda olan tarixi ərazilərin yenidən Dirçəlişidir.  Xankəndi şəhəri, Xocavənd və Xocalı rayonlarının da daxil olduğu Qarabağ iqtisadi rayonunda onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlər vahid proqramla, məqsədə müvafiq, təkmilləşdirilmiş  olaraq aparılması nəzərdə tutulur.

Ağdam “ruhlar şəhərindən” Azərbaycanın Qarabağda iqtisadi-sənaye mərkəzinə çevrilir. “Dünya cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” həsrəti ilə fəryad edən Şahzadə Ağabəyim Ağanın, məqbərəsi dağıdılan, məzardan sümükləri çıxarılıb aparılan Xan qızı Xan Natəvanın ruhu sevinir, “məğlubedilməz ordusu” məğlub olan ermənilərin viran etdikləri torpaqlara Yeni Həyat gəlir. Ölkənin Birinci vitse-Prezidenti Xanım Mehriban Əliyevanın rəhbərliyi ilə, Prezident İlham Əliyevin göstərişləri əsasında Heydər Əliyev Fondu Şuşanı 21-ci əsrin mədəni-mənəvi məkanına çevirir. Uzaq illərə, müxtəlif istiqamətlərə istiqamətlərə yönəlik Milli Prioritetlər platforması əsasında ölkədə surətlə infrastruktur modernləşdirilir, Qarabağ yenidən cənnət məkana dönür.

-Yandırılıb dağıdılan Qarabağda sürətlə nəhəng quruculuq işləri aparılır. Çox istiqamətli yollar, Beynəlxalq Aeroportlar, su-elektrik qurğuları, işğaldan azad edilən, vəhşicəsinə talan olunan torpaqlarda “ağıllı kəndlər” salınır, yeni mədəniyyət, yeni infrastruktur yaradılır, Dirçəliş, Qayıdış gətirilir.

Dövrümüzün xalq və liderlik, torpaq və vətəndaşlıq, birlik,həmrəylik-indentiklik barəsində təsəvvürləri ciddi surətdə dəyişib yenilənərək, hərbi,  siyasi, ideoloji beynəlxalq hüquq çərçivəsində  Dialoq+ Sülh+ Anlaşma+ Həmrəylik+ Gücün+ Liderlə Xalqın Ordu vəhdəti statusunu  özündə əks etdirir. Aşkarca görünür ki, iki əsrlik “tabeçilik” problemləri öz növbəsində keçmiş “Qarabağ” münaqişəsi  ilə kəsişir, bu isə Azərbaycan xalqının bütün vətəndaşlarının yekdilliklə dəstəklədiyi Vətən uğrunda savaşda könüllü olaraq iştirakda “Qarabağ Azərbaycandır!” devizinə  çevrildi və Qalib Dövlət olduq!

Münaqişədən Zəfərə gedən Yolda amansız düşmənin həm Xocalı, həm Gəncə, Bərdə, Tərtər və s. təxribatları gerçəkliyi də unudulan deyildir və sonda dialoq-sülh yaratmaq da Humanistliyimizdir!

Müharibə və Sülh Dialoqu siyasi sosiologiyasında problemlərin xarakteristikasının əsası torpaqların işğaldan Azad olmasıdır. Nəzərə yetirək ki, bu məsələlərin dünyada tanıdılmasında Heydər Əliyev Fondu və ölkənin Birinci vitse-prezidenti Xanım Mehriban Əliyevanın da beynəlxalq müstəvidə ardıcıl olaraq keçirtdiyi humanitar-mədəni tədbirlərin böyük dəstəyi olub.

-Prezident İlham Əliyev rasional zəkalı, təmkinli, innovativ- modern davranışlı Liderdir. Bu fenomendə həm beynəlxalq qarşılıqlı münasibətləri, həm hərbi-taktiki, həm siyasi-ictimai prosesləri, eləcə də ölkənin milli təhlükəsizliyini, iqtisadi rifahını  yönləndirən  Rəhbər keyfiyyətləri olan, qazanılan Qələbə Yolunda ən önəmlisi Azərbaycan xalqına hər müraciəti də da Zəfərə gedən yolun uğurlarıdır.

- Ali Baş Komandan XXI əsrin yeni peşəkar Azərbaycan Ordusunu formalaşdırıb, ən müasir silah-sursatla təchiz edən və “az canlı itki, daha çox müasir texniki vasitələrlə” Qələbəni hədəf seçən hərbi-taktiki bilikli Rəhbərdir.

- Dövlət başçısı  “Mən hər bir azərbaycanlının Prezidentiyəm” amalını hər zaman, həm Vətən müharibəsi və həm də postmüharibə dövründə səsləndirir... Və  Azərbaycan Respublikasının mövcud  qanunları ilə yaşam tərzinə əməl edən hər bir Azərbaycan vətəndaşı olan erməninin də “ölkəmizdə yaşaya bilər” fikrini bəyan edir. Amma o halda ki, “azərbaycanlı qətlində əli olmasın”. Bu Sülh çağırışlı azərbaycançılıq ideologiyasıdır.

- 15 oktyabr  2023-cü il “böyük ermənistan” saxta mifinin artıq  tarixin siyasi arxivinə göndərilən Fatehlik Salnaməsidir.

 “Qoy Ədalət Zəfər çalsın” – hələ keçmiş sovet dövründə Ulu öndər Heydər Əliyevin sanki bu günə ünvanlanan uzaqgörən siyasi ideoloji məntiqi Prezident İlham Əliyevin “Haqq-Ədalət Yolumuzdur” amalında davam edir.

Prezident İlham Əliyev məntiqində: “Bu ədalət məsələsidir, bu milli qürur məsələsidir və bu beynəlxalq hüquq məsələsidir.... Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır” Triumfudur.

- Azərbaycanın Dövlət Sərhədlərini Bərpa edən Ali Baş Komandanın rəhbərliyi ilə  Milli Ordu Fatehləri 30 illik işğal siyasətini dağıdan, Qarabağa xilaskarlıq,  Azadlıq+Dirçəliş+Rifah+insan nəfəsi gətirən Fatehlərdir.

Milliçilik, Azərbaycansevərlik, Vətənkeşlik, Şərəf və qismətinə yazılan Qarabağın Fatehi olmaq talesi, Azərbaycanın Sərkərdəlik – Ali Baş Komandanlıq Tarixinə Prezident İlham Heydər oğlu Əliyev adı Qızıl xəttlə yazıldı. Azərbaycanda hər bir ailənin Doğması – Əzizi, istəklisi, körpələrin belə dilinin əzbəri Prezident İlham Əliyev Azərbaycan Dövlətçilik institutunda Qarabağı işğaldan azad edən adını qazandı...

Və... Azad Şuşada Azərbaycan xalqının gələcəyi olan uşaqlar yeni salınan parkda oynayır, Şuşada ağappaq pərqu kimi çörəklər bişir, Çörəkli olasan Başı Şuşa Taclı Qarabağımız! Xankəndində Bayrağımız dalğalanır, Xocalıda musiqimiz səslənir. Hər yerdə bir Böyük Qayıdışa gedən Yolun təməli salınır.

 Çörəyin bol olsun Azərbaycan xalqı!

         Zəfər yolu ilə vuruşaraq Şuşaya gedən  Fatehlər - Zabitlər, əsgərlər, canından can itirən Qazilər, sağlıqlı, çörəkli olasınız! Ruhunuz şad olsun Şəhid oğullar – Birinci və İkinci Qarabağ Müharibəsi Şəhidləri!

Var olun, Fateh Ali Baş Komandan! Xanım Mehriban Əliyeva söylədiyi kimi: “Tanrı Azərbaycanı qorusun”.

“Qarabağ Azərbaycandır, nöqtə” siyasi-sosioloji fəlsəfəsinin Zəfəri – Şuşa, Triumfu Xocalı və yekunu Xankəndidir!

DİGƏR Xəbərlər Arxiv