YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər zirvəsinə yüksələn qəhrəmanlar

Xətai rayonunun məktəbliləri arasında bu mövzuda keçirilən inşa yazı müsabiqəsi və şahmat turnirinin qalibləri mükafatlandırılıb

Noyabrın 6-da Xətai Rayon İcra Hakimiyyətinin, YAP Xətai rayon təşkilatının və “Təhsil” Respublika İdman Mərkəzi 3 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər  Günü münasibətilə rayon məktəbliləri arasında "Zəfər zirvəsinə yüksələn qəhrəmanlar" mövzusunda  təşkil olunan  inşa yazı müsabiqəsinin və şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın  azad olunması yolunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, dövlətimizin qüdrəti, rəşadətli ordumuzun gücü, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfərimizdən üç il keçir. Prezident İlham Əliyevin  “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq Qarabağın tacı, türk dünyasının mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildiyi tarix - 8 noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edilib.   Bu münasibətilə paytaxt və bölgələrdə silsilə tədbirlər keçirilir, Zəfərə gedən yol geniş təhlil olunur, Zəfərin qəhrəmanlarının həyat yoluna nəzər salınaraq vətənpərvərlik məktəbi kimi öyrənilməsinin vacibliyi bildirilir.

Vüqar Rəhimzadə onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı  Tədbirlər Planına uyğun olaraq Zəfər Günü ilə bağlı  silsilə tədbirlər keçirir. İnşa yazı müsabiqəsi və şahmat turniri də bu tərkibdəndir.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik. Zəfər zirvəsinə yüksələn qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev qeyd edib ki,  tarixi Zəfərimiz  qürurumuzdur. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi Zəfər qazandı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə 8 noyabr tarixinin Zəfər Günü kimi təsis edilməsi hər birimizi qürurlandırır,  dastana çevrilən Şuşa əməliyyatının fonunda işğal altındakı bütün torpaqlımızın azad edilməsi üçün canlarını fəda edən Vətən övladlarının  həyat yolunun vərəqlənməsində əhəmiyyətli rol oynayır.

"Təhsil” Respublika İdman Mərkəzi 3 nömrəli Respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi  Publik Hüquqi Şəxsin direktoru Cəmil Fətullayev ölkəmizdə idmanın hər bir növünün inkişafı üçün geniş imkanlar yaradıldığını qeyd edib.  Bildirib ki, belə tədbirlər  gələcəyimiz olan  gənclərin  vətənpərvərlik ruhunda tərbiyə olunmasında əhəmiyyətli rol oynayır.

Sonda qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.

DİGƏR Xəbərlər Arxiv