Xəbərlər
İnkşafa böyük töhfə
“Təqdirəlayiq haldır ki, Azərbaycan beynəlxalq aləmlə yanaşı Türk dünyasında da böyük nüfuza malikdir və ölkəmiz Türk Dünyasının inkşafına böyük töhfələr vermişdir. Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirildi.10-cu yubiley Zirvə görüşünün keçirilməsi türkdilli dövlətlər arasındakı əlaqələrin və əməkdaşlığın daha da inkşafına böyük təkan verəcəkdir.” Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının uğurlu inkişaf yolundan və təşkilata üzv dövlətlərlə ölkəmiz arasındakı yüksək səviyyəli əlaqələrin mövcudluğundan danışıb. Prezidenti İlham Əliyev Azərbaycanla Türk Dövlətləri arasındakı əməkdaşlığın artan dinamikasını vurğulayaraq, gələcək əməkdaşlıq perspektivləri haqqında məlumat verib. Bütün bunlar onu deməyə əsas verir ki, Türk Dövlətləri ilə Azərbaycan arasındakı ələqələr daha da inkşaf edəcək və dərinləşəcəkdir. Bu da ölkəmizin iqtisadi gücünə əlavə güc qatacaqdır.
Çıxışında Ali Baş Komandan İlham Əliyev artıq tarixdə qalan Qarabağ münaqişəsi haqqında danışaraq bildirib ki, Azərbaycan tərəfi uzun müddət münaqişəni sülh yolu ilə həll etməyə çalışdı: “Lakin Ermənistanın işğalçı və revanşist siyasəti eyni zamanda Ermənistan baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoymuş oldu. Əlbətdə Azərbaycan, Ermənistanın işğalı dönəmində hər zaman ən yüksək dərəcədə humanistlik nümayiş etdirmiş, münaqişəni sülh yolu ilə həll etməyə çalışmışdır. Lakin Ermənistan tərəfinin Azərbaycanın humanistliyini və sülh təşəbbüslərini dəyərləndirə bilməməsi, təxribatlara əl atması, eyni zamanda beynəlxalq ədalətin işləməməsi artıq müharibəni qaçılmaz etmişdir. Əlbətdə belə bir şəraitdə Azərbaycan öz toraqarını işğadan azad və beynəlxalq hüququ bərpa etmək üçün haqq savaşına başladı. Şanlı Azərbaycan Orudusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günə torpaqlarını işğaldan azad edərək təkbaşına həm BMT qətnamələrini icra, həm də beynəlxalq ədaləti bərpa etdi.”
Təəssüf ki Ermənistan tərəfi postmüharibə dövründə də Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirə bilmədi və havadarlarının fitnəsinə uyaraq müxtəlif təxribatlara əl atdı. Belə olduğu təqdirdə Azərbaycan haqq savaşının davamı olan ədalət tədbirlərinə-antiterror əməliyyatlarına başladı. Vurğulamaq yerinə düşərdi ki, nə Vətən Müharibəsi nə də anti terror əməliyyatları zamanı Ermənistanı təxribatlara çəkən havadarları onun köməyinə çata bilmədi.
Eyni zamanda Azərbaycan istər Ermənistanın işğalı dönəmində, istər İkinci Qarabağ Müharibəsi, istərsə də anti terror əməliyyatları zamanı bütün humanizm prinsiplərinə və beynəlxalq hüquqa ən yüksək səviyyədə riayət etmişdir.
Qeyd edək ki, bu gün erməni faşistlərinin viran qoyduğu, cəhənnəmə çevirdiyi torpaqlarımız humanist və sülhsevər Azərbaycan dövləti tərəfindən cənnətə çevrilməkdədir.