YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı 8 Noyabr - Zəfər Günü münasibətilə Xırdalan şəhər 3 nömrəli məktəb-liseyinin akt zalında “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirib.

Tədbirdə Respublikanın müxtəlif Ali Təhsil müəssisələrində çalışan Laçınlı elm adamları, ziyalılar, şair və yazıçılar, şəhid ailələri, müharibə iştirakçları, YAP Laçın rayon təşkilatının Ərazi Partiya Təşkilatı sədrləri, sədr müavinləri, fəallar,və rayon sakinləri iştirak ediblər.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Vətən müharibəsindən bəhs edən film nümayiş olunub.

Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva, Azərbaycan Texniki Universitetinin İctimai fənlər kafedrasının  müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi, tarix elmləri namizədi  Ələmdar Şahverdiyev, Azərbaycan Təfəkkür Universitetinin prorektoru, fəlsəfə elmləri doktoru Səlim Səlimbəyli, şəhid atası Mamed Əhmədov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və  Şəhid Ailələri İctimai Birliyinin Laçın rayon  şöbəsinin sədri Babək Aslanov və partiya fəalı Fəxrəddin Paşayev çıxış ediblər.

Çıxışlarda 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı parlaq Qələbədən bəhs olunub, Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin böyük təntənəsi olduğu vurğulanıb. Qeyd olunub ki, Vətən müharibəsindən sonra xalqımıza bəxş edilən ən böyük sevinc və səadət Xankəndi, habelə Ağdərə, Əsgəran və Xocalıda Azərbaycan bayrağının ucaldılması oldu. Qarabağda suverenliyini bərpa edən Azərbaycan bununla şanlı Zəfəri tamamladı.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs təltif olunub.

 Sonda Laçın şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri, Laçın şəhər 1 və 2 nömrəli uşaq müsiqi məktəbinin  müəllim və şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv