YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni reallıqlar prizmasında Qərbi Azərbaycan həqiqətləri

Nizami rayonunda “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, Nizami Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Ata vəsiyyəti və inamlı Zəfər: Yeni reallıqlar prizmasında Qərbi Azərbaycan həqiqətləri” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.

Bildirilib ki, Zəfər Günü Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir. Vətən müharibəsi başlayan ilk gündən “bizi heç kəs dayandıra bilməz”, – deyən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev təkcə hərb meydanında deyil, informasiya cəbhəsində, diplomatiya müstəvisində də mübarizə apardı və hər üç savaşda qalib gəldi. Bütün parametrlərə baxdıqda, birmənalı demək olar ki, Azərbaycanın son 200 illik tarixində buna bənzər Qələbə olmayıb. Hətta, müasir dövrümüzdə postsovet məkanında, hətta dünya miqyasında heç bir dövlət, heç bir xalq işğal olunmuş torpaqlarını hərb yolu ilə, özü də belə qısa müddətdə azad edə bilməyib. Bu mənada Azərbaycan dövləti, Azərbaycan xalqı, sözün əsl mənasında, tarix yazdı. Otuz il işğal altında qalan ərazilərini ildırım sürəti ilə - cəmi 44 günə geri qaytara bildi.

Tədbirdə Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürməklə həm ölkəmizdə, həm də regionda və qlobal miqyasda Azərbaycan həqiqətlərinin çatdırılması, soydaşlarımızın tarixi ata-baba torpaqlarına qayıtması və öz milli-mədəni irsinə sahiblənməsi istiqamətində yeni konseptual baxışlar formalaşdırmasından danışılıb. Vurğulanıb ki, Azərbaycanın dövlət bayrağının Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə, həmçinin Qarabağın və Şərqi Zəngəzurun  bütün ərazilərində müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ucaldılması xalqımızda Qərbi Azərbaycana qayıdış arzularının da reallığa çevriləcəyinə əminliyini daha da möhkəmləndirir.

Qeyd edilib ki, 30 illik işğal dövrünün tarixi Zəfərimizlə əvəzlənməsindən, hazırda bu torpaqlarda yeni həyatın başlanmasından sonra Qərbi Azərbaycana qayıdışın gündəmə gətirilməsi tarixi ədalətin bərpası istiqamətində növbəti addım kimi dəyərləndirilir. Prezident İlham Əliyevin ötən 20 ildə hər bir vədini reallığa çevirməsi, qətiyyətli və prinsipial mövqeyi Qərbi Azərbaycana qayıdışımızın heç də uzaqda olmadığını təsdiqləyir.

Çıxışlardan sonra Zəfər günü ilə əlaqədar qazilərə və şəhid ailələrinə hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv