YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub

Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin nahar əsnasında geniş tərkibdə görüşü keçirilib.

Görüşdə Azərbaycan ilə Xorvatiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Hökumətlərarası komissiyanın iclasının tezliklə keçirilməsinin və bu çərçivədə iki ölkənin işgüzar dairələri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

Xorvatiyanın minalardan əziyyət çəkən ölkə olaraq, Azərbaycana bu sahədə dəstək vermək niyyəti müsbət qarşılandı, minaların təmizlənməsi sahəsində təcrübə mübadiləsinin və əməkdaşlığın vacibliyi qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Həmçinin Xorvatiyanın Avropa İttifaqına və NATO-ya üzv ölkə olaraq, Azərbaycanın bu təsisatlarla əməkdaşlığını daim dəstəklədiyi vurğulandı.