Xəbərlər
“Nə? Harada? Nə zaman?”
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş intellektual oyuna start verilib
Oktyabrın 28-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən “Nə? Harada? Nə zaman?” intellektual oyununa start verilib.
YAP-ın yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 85 komandanın iştirakı ilə keçirilən intellektual oyunun seçmə mərhələsi üzrə yarışlar Bakı, Xaçmaz, Qəbələ, Gəncə, Ağcabədi, Cəlilabad, Kürdəmir və Naxçıvanda təşkil olunub.
Komandaları təmsil edən ümumilikdə 680 gənc Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və ölkəmizin müasir tarixində baş verən mühüm hadisələr, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti ilə əlaqədar sualları cavablandırıblar.
8 qrup üzrə ümumilikdə 22 qalib komanda noyabrın 7-də “Gülüstan” sarayında keçiriləcək final mərhələsində I-III yerlər uğrunda mübarizə aparacaqlar.