Xəbərlər
Çingiz Hüseynzadə: Azərbaycanda idman hərəkatı böyük vüsət alıb

«Ümid edirəm ki, qarşıdan gələn növbəti Yay Olimpiya Oyunlarında idmançılarımızın çıxışları daha uğurlu olacaq». Bu fikri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Ç.Hüseynzadə bildirib ki, ölkəmizdə idman hərtərəfli inkişaf etdirilir. Onun sözlərinə görə, Azərbaycanda idman hərəkatı böyük vüsət alıb.
«1990-cı illərin əvvəlində ölkədəki gərgin vəziyyət idmana da təsir etmişdi. Lakin bu gün Azərbaycan bütün potensialını bərpa edib və öz sözünü deyir. İdman sahəsində ildən ilə artan uğurlar bunu sübut edir»- deyə, Ç.Hüseynzadə vurğulayıb.