Xəbərlər
Qaradağda partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev 69 saylı ərazi partiya təşkilatında (Bakı Gəmiqayırma Zavodu) partiya fəalları ilə görüşüb.
Rayon təşkilatının sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP Azərbaycan dövlətinin müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında mühüm rol oynayıb. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müdrik daxili və xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunub ki, Ali Baş Komandanın rəhbərliyi ilə qısa zaman ərzində ərazi bütövlüyümüzün bərpası iqtisadiyyatımızın davamlı inkişafı üçün yeni imkan və perspektivlər açır. İşğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası uğurla davam etdirilir. Q.Əliyev Qərbi Azərbaycandan olan soydaşlarımızın öz torpaqlarına geri qayıdışı, onların tapdanan hüquqlarının bərpası prosesindən də danışıb.
Ərazi partiya təşkilatının sədri Namiq Vəliyev Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolunun Vətənə və xalqa sədaqətli xidmət nümunəsi olduğunu vurğulayıb.
Sonra qarşıda duran məsələlər müzakirə edilib, sual və təkliflər dinlənilib.