YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya veteranı ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı tərəfindən partiya veteranı Cəyirli kənd sakini Xanoğlan Ağayevin 70 illik yubileyi münasibətilə onun yaşadığı evdə görüş keçirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov yubilyarı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edərək ona möhkəm can sağlığı və xoş günlər arzulayıb. O, Xanoğlan Ağayevin uzun illər ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini deyib, partiya ideyalarının təbliği istiqamətində göstərdiyi xidmətləri yüksək qiymətləndirib.

Görüşün sonunda Xanoğlan Ağayevə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına və 70 illik yubileyi münasibətilə fəxri fərman və xatirə hədiyyəsi təqdim olunub.