YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Britaniyadakı səfirinin “The Guardian”da ölkəmiz haqqında qərəzli məqalələrə cavab məktubu dərc edilib

Ötən günlərdə Böyük Britaniyanın “The Guardian” qəzetində “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı həqiqətə uyğun olmayan məqalələr dərc edilmişdi. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadənin qəzetdə həmin məqalələrə cavab məktubu dərc olunub.

Məktubda deyilir ki, 6 mindən çox atletin iştirak etdiyi “Bakı-2015” birinci Avropa Oyunları Azərbaycan və ümumilikdə qitə üçün çox önəmli hadisədir. Bu Oyunlar idmanın bəşəri dəyərini Avropa icmasının yeni üzvündə qeyd etməyin sevincini bəxş edir. İlk Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycan növbəti Oyunlar üçün ən yüksək standartları müəyyən etmək məsuliyyətini öz üzərinə götürüb. Buna baxmayaraq Azərbaycan bəzi insan hüquqları təşkilatları və mətbuat orqanları tərəfindən idmanla əlaqəsi olmayan əsassız ittihamlar və qeyri-etik yanaşma tərzi ilə üzləşir.

Səfir yazır ki, Azərbaycan öz strateji kursunu parlaq vətəndaş cəmiyyəti və güclü demokratiya qurmaq məqsədi ilə müəyyən edib”. “The Guardian” qəzetinin müxbirinin akkreditasiyası məsələsinə toxunan diplomat “Bakı-2015”-in daxili akkreditasiya prosedurlarına hörmətlə yanaşılmasının vacib olduğunu bildirib. T.Tağızadə məktubda qeyd edib ki, “Amnesty International” təşkilatına Azərbaycanda geniş miqyaslı idman tədbiri zamanı hökumət rəsmiləri ilə iş aparmağın çətinliyi nəzərə alınaraq öz missiyasını Oyunlardan sonrakı vaxta həyata keçirmək təklif olunub, lakin bu, qəbul edilməyib.

 

DİGƏR Xəbərlər Arxiv