Xəbərlər
“Heydər Əliyev - Müasir Azərbaycanın Memarı”
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev - Müasir Azərbaycanın Memarı” mövzusunda konfrans keçirib.
Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.
Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş fotostendə baxılıb.
Mərkəzin konfrans zalında davam edən tədbirdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Amin İsmayılov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ərazi partiya təşkilat sədrləri və sədr müavinləri, idarə, müəssisə və təşkilat rəhbərləri, partiyanın rayon təşkilatının bir qrup veteran üzvləri, partiya üzvü olan şəhid valideyinləri, qazi və veteranlar, rayon ictimayyətinin nümayəndələri iştirak ediblər.
Konfrans Dövlət Himninin səsləndirilməsilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Konfransda məruzə ilə çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndər Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi haqqında söhbət açaraq qeyd edib ki, Heydər Əliyevin böyük fədakarlıqları hesabına Azərbaycanın müstəqilliyinin əbədiliyi, daimiliyi, dönməzliyi təmin edilib. Ulu Öndərin Azərbaycanı tənəzzüldən xilas edərək çıxardığı tərəqqi yolu dövlət başçısının rəhbərliyi ilə uğurla inkişaf etdirilir, dövlətimiz gündən-günə iqtisadi, siyasi və hərbi cəhətdən daha da möhkəmlənir. Dahi rəhbərin əsasını qoyduğu ordu quruculuğu işlərinin layiqincə davam etdirilməsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev Ulu Öndərin ən ümdə vəsiyyətini yerinə yetirərək doğma torpaqlarımızın erməni işğalından azad edilməsinə nail oldu.
Konfransda çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tarixi şəxsiyyət, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki misilsiz rolundan danışıb, Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu deyib. İcra başçısı bildirib ki, Ulu Öndərin müstəqillik illərində ölkəmizə rəhbərliyi dövrü Azərbaycan xalqının tarixi yaddaşına sabitlik və inkişaf mərhələsi kimi həkk olunub. O, bütün həyatını Azərbaycanın inkişafına həsr edib və onun zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uzaqgörən inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi ölkəmizin tarixinin yeni dönəmində qarşıda mühüm prioritetlər formalaşdırır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək Ulu Öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın hər sahə üzrə inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb. Dünya dövlətləri sırasında Ulu Öndərin özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib və hazırda bu müdrik siyasət Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirlir.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, aqrar elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Amin İsmayılov çıxışında bildirib ki, xalqımız dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, daim azərbaycanlı olması ilə fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla yad edir. Dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bənzərsiz fəaliyyəti Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus, layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdur. Ulu Öndər Heydər Əliyevin yüksək peşəkarlıqla işləyib hazırladığı milli dövlətçilik strategiyasının əsas nüvəsini müstəqil Azərbaycanın iqtisadi qüdrətinin dirçəldilməsi, artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Onun ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, qloballaşan dünya iqtisadiyyatına inteqrasiyası sahəsində, həqiqətən, misilsiz fəaliyyəti nəticəsində ölkəmiz sürətli tərəqqi yoluna qədəm qoymuşdur. Bu gün isə Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi altında aydın bir yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu yol Ulu Öndər Heydər Əliyev yoludur. Bu gün tam əminliklə deyə bilərik ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş, müasir, müstəqil Azərbaycanımızın sağlam dövlətçilik əsasının dayanıqlı təməlləri üzərində bu şərəfli siyasi yolun layiqli davamçısı Prezident İlham Əliyev çox məharətlə davam etdirir.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində misilsiz rolundan danışaraq, Azərbaycanın yeni tarixinin dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Məhz Ulu öndərin məqsədyönlü, uzaqgörən siyasətinin nəticəsində ölkəmiz tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müasir, gündən-günə inkişaf edən Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuşdur.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun müdiri Müşfiq Dadaşov və Biləsuvar Rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov çıxış edərək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyat yolundan, hər kəsə nümunə olacaq fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısındakı müqayisəedilməz xidmətlərindən danışıblar.
Sonra YAP Biləsuvar rayon təşkilatı qarşısındakı xidmətlərinə görə bu il yubiley yaşı tamam olmuş ərazi partiya təşkilat sədrlərinə, bir qrup partiya fəallarına fəxri fərman və partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.
Tədbir Biləsuvar rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı ilə davam edib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.
