Xəbərlər
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda səfərdədir

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Prezidentini Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.