YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan gənclər təşkilatlarının təmsilçiləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər

Bu gün Azərbaycan gənclər təşkilatlarının bir qrup təmsilçiləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi  qarşısında Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrin keçirilməsinə etiraz əlaməti olaraq aksiya keçiriblər. Aksiya iştirakçıları Avropa İttifaqını ikili standartlardan əl çəkməyə çağırıblar.

Aksiyada gənclər  “Avropa İttifaqına ar olsun!”, “Azərbaycandan əl çəkin!”,  “Vətəndaş cəmiyyəti ikili standartlara “yox” deyir!”, “İdmanı siyasiləşdirməyin!”, “Üzdə dost, arxada düşmən olmayın!” və digər şüarlar səsləndiriblər.

Gənclər Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyinin qərəzli olduğunu vurğulayaraq, onların Azərbaycana qarşı apardığı “qara-piar” kampaniyasına etirazını bildiriblər.

Sonra aksiyanın qətnaməsi oxunub. Qətnamədə bildirilir: “İyunun 12-də təntənəli açılışı gözlənilən Avropa Oyunları öz miqyasına və əhəmiyyətinə görə bir idman yarışması olmayıb, son illər qitənin sosial və mədəni həyatında baş verən ən mühüm hadisələrdən biridir. Bu möhtəşəm idman bayramını təşkil etmək məsuliyyətini öz üzərinə götürmüş Azərbaycan, qısa müddətdə bütün hazırlıq işlərini uğurla yekunlaşdıra bilib.

Bununla belə, ölkəmizin sürətli inkişafını, siyasi plüralizm, vətəndaş cəmiyyəti və hüququn aliliyinin təmin edilməsi istiqamətində qazandığı uğurları gözü götürməyən bəzi dairələr fürsətdən yararlanaraq, misli görünməmiş böhtan və qarayaxma kampaniyası aparmağa başlayıb. Xeyli müddətdir ki, erməni lobbisinin təhriki və neoimperalist təfəkkürü qüvvələrinhimayəsi altında fəaliyyət göstərən bir sıra xarici QHT-lər və media orqanları Oyunların əhəmiyyətini azaltmaq, Azərbaycanı gözdən salmaq üçün ciddi cəhdlə çalışırlar. Təəssüf ki, bütün Avropa ölkələrini və xalqlarını bir yerə toplayan, birliyi, dostluğu və həmrəyliyi tərənnüm edən birinci Avropa Oyunlarının təşkilatçısına qarşı aparılan bu cür şərəfsiz missiyaya Avropa Parlamentindəki müxtəlif qruplaşmalar və qurumun rəhbərliyində təmsil olunan bəzi şəxslər də qoşulublar.

Biz, Azərbaycandakı gənclər təşkilatlarının təmsilçiləri, anti-Azərbaycan şəbəkəsinin əlaltısı rolunda çıxış edərək çirkin əməlləri ilə öz reputasiyalarını korlamış Martin Şults və lezbian Ulrike Lunaçek kimilərin demokratiya və azadlıq ideyalarına zidd hərəkətlərinə etiraz edir, Azərbaycana qarşı qərəzli və məkrli fəaliyyətlərə son qoymağı tələb edirik. Eyni zamanda, Krımın ilhaqına görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etmiş Aİ-nın və Birliyə üzv ölkələrin rəhbərliyindən işğalçı Ermənistana qarşı da adekvat addımların atılmasını gözləyirik. Ümid edirik ki, Avropa Parlamentindəki sağlam düşüncəli deputatlar, Avropa Komissiyası və Avropa İttifaqı Şurası bizim etirazımızı anlayışla qarşılayıb tələblərimizi nəzərə alacaq.

Qətnamə Aİ ölkəmizdəki nümayəndəliyinə təqdim edilib.

Aksiyaya hüquq mühafizə orqanlarının müdaxiləsi nəticəsində dayandırılıb.