YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qardaş Türkiyənin yanındayıq!

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Türkiyənin Azərbaycandakı səfirliyində olub, qardaş ölkədə baş verən dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verib, yaralılara Allahdan şəfa diləyib, Azərbaycanın ilk dəqiqələrdən Türkiyənin yanında olduğunu, zəlzələdən zərər çəkənlərə xalqımız tərəfindən humanitar yardımların təşkil olunduğunu vurğulayıb və səfirlikdə açılmış matəm kitabına ürək sözlərini yazıb: "Qardaş Türkiyədə baş vermiş zəlzələ xəbəri bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlarının ailələrinə, yaxınlarına və Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, Allahdan onlara rəhmət, yaralananlara şəfa diləyirəm. Zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram. Biz hər zaman qardaş Türkiyənin yanındayıq!”.