Xəbərlər
Biləsuvarda şəhidin xatirəsi anılıb
Biləsuvarda Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Mahmudov Cavid Hilal oğlunun doğum günündə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası (YAP) Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir əvəzi Ziya Qurbanov, Aşağı Cürəli kənd ərazi partiya təşkilatının sədri Qalib Bağırov və partiya fəalları şəhidin ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib və şəhid ailəsinin qayğıları dinlənilib.
Daha sonra şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.