Xəbərlər
Arif Rəhimzadə: Hadisəni törədənlər məsuliyyətə cəlb olunmalıdır
"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum beynəlxalq hüquq normalarına, adi qonşuluq münasibətlərinə, insanlığa ziddir. İran rəhbərliyi anlamalıdır ki, artıq 19-cu əsrin 20-ci illəri deyil".
Bu fikirləri YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Onun sözlərinə görə, diplomatik missiyalara qarşı hücumlar yolverilməzdir: "Beynəlxalq konvensiyanın iştirakçısı olan dövlətlər buna münasibət bildirməli, hadisəni törədənlər məsuliyyətə cəlb olunmalıdır".