Xəbərlər
Nazir: Ermənistanın qeyri-konstruktiv mövqeyi irəliləyişlər əldə olunmasına mane olur
Bu il Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı danışıqlar keçirilib. Delimitasiya ilə bağlı da, həmçinin üç görüş keçirilib.
Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 27-də 2022-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, əldə olunmuş irəliləyişlər çox azdır. Bunun da səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir.
Ermənistanın üçtərəfli Bəyanatın bir sıra öhdəliklərini pozduğunu diqqətə çatdıran Ceyhun Bayramov əlavə edib: “Ermənistan tərəfinin üçtərəfli Bəyanatda yer alan bir sıra öhdəlikləri hələ də yerinə yetirməməsi, qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində qalması, təbii sərvətlərimizin qanunsuz istismarı, üçüncü ölkə vətəndaşlarının qeyri-qanuni yolla Laçın dəhlizindən keçməsi, mina problemi barədə məlumatlar beynəlxalq təşkilatlara çatdırılır”.