YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT Təhlükəsizlik Şurasının ikili standartların girovuna çevrilməsi təəssüf doğurur - BƏYANAT

Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası dinc xarakter daşıyır və vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə, ətraf mühitə bərpası mümkün olmayan zərər vurulmasına son qoyulması istiqamətində şüarlar səsləndirirlər. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrin haqlı narahatlığımızı nəzərə almamasını vətəndaş cəmiyyətinə sayğısızlıq, qərəzli münasibət və selektiv yanaşma kimi dəyərləndiririk.

Bu fikirlər Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının bu aksiyanın BMT Təhlükəsizlik Şurasının iclasında bəzi dövlətlər tərəfindən birtərəfli, qərəzli şəkildə təqdim edilməsi ilə bağlı bəyanatında yer alıb.

“Təəssüflə vurğulamaq istəyirik ki, dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas qurum kimi BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlamasına, etnik təmizləmə siyasətinə, Xocalı soyqırımına, 1 milyondan çox azərbaycanlının öz doğma yurdlarından qovulmasına, Azərbaycan xalqının mədəni irsinin məqsədli şəkildə dağıdılmasına və talan olunmasına, qeyri-qanuni məskunlaşdırma siyasətinə göz yumdu və özünün qəbul etdiyi qətnamələrin icrası istiqamətində heç bir addım atmadı. BMT Təhlükəsizlik Şurasının ikili standartların girovuna çevrilməsi təəssüf doğurur”, - deyə bəyanatda qeyd olunur.