YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərpa - quruculuq işləri bütün sahələri əhatə edir

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

27 sentyabr 2020-ci ildə Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribata cavab olaraq başlanılan və 44 gün davam edən  Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı  tarixi qələbə əldə etmiş, işğal olunmuş ərazilərimiz düşmən tapdağından azad edilmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub. Bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb. Bu gün Prezidentimiz üçün əsas, ən vacib prioritet məsələ işğaldan azad edilmiş ərazilərimizin qısa zamanda bərpa edilməsi və 30 il ərzində ata-baba torpaqlarından didərgin düşmüş vətəndaşlarımızın öz doğma yurd yuvalarına qayıtmasıdır. Şanlı Zəfərimizdən qısa müddət, 2 il keçməsinə baxmayaraq artıq azad olunmuş ərazilərimizdə mühüm işlər görülüb və bu gün də  bərpa-quruculuq işləri sürətlə aparılır.

Dövlət başçımız  noyabrın 16-da “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Böyük Qayıdışa dair Dövlət Proqramının əsas və vacib  istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapıb. Eyni zamanda Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər yer alır.

Təbii ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün orada təhlükəsizliyin təmin olunması olduqca vacib məsələlərdən biridir. Təhlükəsizliyin təmin edilməsi dedikdə əlbəttə ki, ərazilərin minalardan təmizlənməsi, əhalinin, eləcə də  kənd təsərrüfatı təyinatlı ərazilərin, tikinti və binaların təhlükəsizliyi nəzərdə tutulur.

Azad edilmiş ərazilərdə görülən bərpa quruculuq işləri düşünülmüş, planlı şəkildə  həyata keçirilir və bütün sahələri əhatə edir. İlk öncə enerji infrastrukturunun qurulması, əhalinin  həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması, daha sonra internet, poçt xidmətləri, rabitə infrastrukturu təmin edilmişdir. Xidmət sahələrinin  əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər hazırda sürətlə  davam etdirilir.

Böyük Qayıdışla bağlı əsas vəzifələr də müəyyən edilmişdir ki, bunlardan biri və ən vacibi dövlət sərhədlərin toxunulmazlığı məsələsidir. Dövlət Proqramının prioritet vəzifələrinin mühüm istiqamətləri Dövlət sərhədlərimizin  mühafizəsi, müdafiəsi və  ölkəmizə qarşı hər hansı bir təxribatların qarşısının alınmasıdır.

Dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən nəzərdə tutulmuş işlər planlı şəkildə uğurla həyata keçirilir. Qısa zamanada 30 il yurd yuvalarından köçkün düşmüş vətəndaşlarımız öz doğma ata-baba yurdlarına qayıdacaqlar.

DİGƏR Xəbərlər Arxiv