YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı və Nərimanov rayon Gənclər və İdman İdarəsi tərəfindən ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev Azərbaycan xalqının XX əsrdə yetirib dünya siyasətinə pərvazlandırdığı ideya və əməl nəhəngi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin adının zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, nadir şəxsiyyətlərinin sırasında yer aldığını söyləyib. S.Vəliyev bildirib ki, Ulu Öndər bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə dünya tarixinə şərəfli səhifələr yazmış qədim bir xalqın ümummilli lideri səviyyəsinə yüksəlib. Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun 44 günlük möhtəşəm şücaəti sayəsində torpaqlarımızın işğaldan azad olunmasının dahi lider Heydər Əliyevin uzaqgörən siyasətinin uğurla davam etdirilməsinin nəticəsi olduğu qeyd edilib.

Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Biznes və Kooperasiya Kollecin şöbə müdiri, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat Xidmətinin rəhbəri Tamerlan Əkbərov, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin Ümumi şöbəsinin rəhbəri Ümidə Kəngərli, YAP Nərimanov rayon təşkilatının gənc fəalı Aynur Ədil çıxışlarında ulu öndər Həyat və fəaliyyətindən bəhs ediblər.