Xəbərlər
Ulu Öndər Heydər Əliyev yaşadığı ömürlə tariximizin ən yüksək zirvəsinə ucalıb
Ulu Öndərin əziz xatirəsi tariximizə və xalqımızın yaddaşına əbədi həkk edilib. Hər ötən gün dahi şəxsiyyətin siyasi həyat yolunun, fəaliyyətinin, ideyalarının, bitib-tükənməyən irsinin dəyərini, əzəmətini daha aydın görürük. Azərbaycan dövlətinin hər bir üğuru uzaqgörən siyasi xadimin, xalqının parlaq gələcəyi naminə misilsiz xidmətləri olan böyük şəxsiyyətin yorulmaz fəaliyyəti ilə bağlıdır. Bu böyük dühanın rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə edib.
Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, tariximizin ən yüksək zirvəsinə ucalan Ulu Öndər Heydər Əliyevin yaşadığı ömür Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tarixini özündə əks etdirir. İllər, qərinələr, əsrlər keçdikcə yeniləşən nəsillər Ümummilli Liderin ömür yoluna müraciət edəcək, zəngin irsini araşdıracaq, öyrənəcək, liderlik məktəbindən dərs alacaqlar.
Bu dahi şəxsiyyətin tarixin çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi dövrlərində milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsi Onu xalqın Ümummilli Liderinə çevrib. Heydər Əliyevin 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başladığı elə ilk günlərdən respublikanın inkişaf prosesləri başlayıb. Ulu Öndər Heydər Əliyevin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verib.
Onu da xüsusi ilə qeyd etmək yerinə düşər ki, həmin dövrdə ermənilərin Dağlıq Qarabağın və Azərbaycanın digər ərazilərinin Ermənistana birləşdirilməsi ilə bağlı niyyətləri məhz türk dünyasının böyük oğlu Heydər Əliyevin qətiyyəti, vətənpərvərliyi nəticəsində həyata keçməyib. Hələ Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu Öndər Ermənistanın bütün iddalarının qarşısına sədd çəkib. Ulu Öndər Heydər Əliyevin iti zəkası, fədakar əməyi, böyük zəhməti ermənilərin çirkin iddialarının baş qaldırmasına imkan verməyib.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi böhran ən yüksək həddə çatdığı bir vaxtda da ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almağı bacaran yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub. Müdrik dövlət xadimi ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizi zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olub. Azərbaycanı bütün dünyaya tanıdan görkəmli siyasətçi, türk dünyasının böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanması naminə göstərdiyi xidmətlər sayəsində ölkəmiz fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi. Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.
YAP Gəncə şəhərinin sədri Ramil Orucov onu da vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin amalı, qayəsi doğma Azərbaycanın tərəqqisi, parlaq gələcəyi idi. Bu gün Ulu Öndərin ruhu şaddır. Dahi şəxsiyyətin layiqli davamçısı Prezident cənab İlham Əliyevin Ulu Öndərimizin dövləti idarəetmə ənənələrini, siyasi kursunu uğurla davam etdirməsi Azərbaycan xalqında parlaq, qüdrətli gələcəyə inamı daha da artırıb. Böyük iftixar hissi ilə bu gün tam əminliklə demək olar ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövləti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə şərəfli bir dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyevin arzularını həyata keçirən, ideyalarının gerçəkləşməsini layiqincə təmin edən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin qalibi Azərbaycan bundan sonra da böyük inkişaf yolu keçəcək, ölkəmizin daha da qüdrətlənməsini təmin edəcək.