Xəbərlər
Samuxda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatında ulu öndər Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar “Azərbaycanın böyük oğlu Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz xidmətləri qədirbilən xalqımızın xatirəsində əbədi yaşayacaq” adlı tədbir keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov bildirib ki, müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Qeyd olunub ki, Ulu Öndərin hakimiyyətə gəlməsi ilə ölkəmizdə əmin-amanlıq, sabitlik yarandı, hərc-mərcliyə son qoyuldu. Azərbaycan dövləti tarixində quruculuq mərhələsi başladı. Azərbaycanın bugünkü inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.
Ərazi partiya təşkilat sədrləri Şəmistan Yusifov, Mirzəmməd Cəfərov, Mahirə Məmmədova, Ağca Atai, Fazil Abdıyev və başqaları bildiriblər ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşub.