YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Cənubi Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi olaraq Cənubi Azərbaycanda yaşayan 40 milyonluq soydaşımızın yanındayıq. Onların bu günlərdə yaşadıqları problemlər Azərbaycan diasporunun diqqətindədir.

Bu fikirləri Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda keçirilən dünya azərbaycanlı elm xadimlərinin görüşündə bildirib.

Bu gün Azərbaycan diasporunun qarşısında vacib və tarixi vəzifələrin dayandığını qeyd edən Fuad Muradov bildirib: “Diaspor Komitəsi olaraq biz dünyanın hər bir yerində bütün azərbaycanlıların əməkdaşlığını, həmrəyliyini daha yüksək səviyyəyə çatdırmalıyıq”.