YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Müstəqil və qalib Azərbaycanın məğrur vətəndaşları, Zəfər sevinci və qüruru yaşayan müzəffər Azərbaycan xalqı ümummilli lider, fenomenal şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətlərini hər zaman yüksək dəyərləndirir, əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. Çünki müasir və qüdrətli Azərbaycan reallığı Ulu Öndərin ideyalarının təntənəsi, Heydər Əliyev siyasətinin nəticəsidir.

Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir

Heydər Əliyev fenomeni xalqımızın milli sərvətidir. Çoxəsrlik tariximizin ən böyük nailiyyətləri Heydər Əliyev siyasəti ilə bağlıdır.

Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri zəngin dövlətçilik fəaliyyətinin bütün mərhələlərini əhatə edir. SSRİ dönəmində Azərbaycanı geridə qalmış ölkədən qabaqcıl respublikaya çevirən Ümummilli Lider müstəqillik illərində dövlətimizə tarixi müvəffəqiyyətlər qazandırıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə ictimai-siyasi sabitlik və təhlükəsizlik, vətəndaş məmnunluğu və sosial ədalət təmin edilib, müasir, hüquqi və demokratik dövlət quruculuğu uğurla həyata keçirilib, dayanıqlı iqtisadi inkişafa, nizamlı ordu quruculuğuna nail olunub, xalq-iqtidar birliyi gücləndirilib, Azərbaycan etibarlı tərəfdaşa çevrilib. Bu səbəbdən dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşında sabitlik, rifah, yüksəliş və intibah anlayışları ilə assosiasiya olunur.

Tərəqqi və Zəfər zirvəsinə...

Ümummilli Liderin xalqımıza ən böyük ərməğanı, dövlətçilik qarşısında daha bir misilsiz xidməti siyasi varisliyi təmin etməsi, Azərbaycanı tərəqqi və Zəfər zirvəsinə aparan layiqli Lider yetişdirməsidir. Ulu Öndərin siyasətini uğurla, şərəflə və ləyaqətlə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycana möhtəşəm nailiyyətlər qazandırır. Ən əsası, Azərbaycan xalqı Müzəffər Liderinin rəhbərliyi ilə şanlı Qələbə qazanaraq adını tarixə əbədi yazdırıb.

Heydər Əliyev irsinə böyük hörmət və  sədaqət nümunəsi

Dünya azərbaycanlıları Azərbaycanın gələcək inkişafının məhz Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin adı və siyasəti ilə bağlı olduğunu qətiyyətlə vurğulayırlar. Xalqımız Heydər Əliyev ideyalarına, dahi şəxsiyyətin zəngin dövlətçilik irsinə böyük hörmət və sədaqət nümayiş etdirir, hər bir azərbaycanlının Prezidenti olan, söz ilə əməlin vəhdətini yaratmış Liderə - dövlətimizin başçısı İlham Əliyevə sarsılmaz inam və etimad göstərir.

Ümummilli Liderimizin görmək istədiyi kimi...

Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Liderimizin görmək istədiyi kimi qüdrətlidir, öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir və üçrəngli bayrağımız ən yüksək zirvələrdə qürurla, əzəmətlə dalğalanır. Heydər Əliyev siyasəti yaşayır, onun əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi Azərbaycan xalqını firavan və parlaq gələcəyə aparır!