Xəbərlər
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli birliyi daha da gücləndirdi
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Azərbaycan Ordusu dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tariximizin şanlı səhifəsini yazdı. 30 ilin nisgilinə son qoyuldu. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımız bu gün işğaldan azad edilmiş torpaqlarımızda ucaldılıb.
Prezident İlham Əliyev Zəfər Günü ilə əlaqədar Şuşada təşkil edilən tədbirdə iştirak edərək hərbçilər qarşısında çıxışı zamanı bir daha diqqəti müharibəyə gedən yolun istiqamətlərinə yönəldərək bildirdi ki, Ordumuzu gücləndirmək üçün güclü iqtisadiyyat olmalı idi.
Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi ilk illərdə maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan bütün sahələrdə inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlərdə aktuallığını qorudu. Dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verildi. 1994-cü il sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin iqtisadi və siyasi mstəqilliyinin möhkəmlnməsində əhəmiyyətli rol oynadı. Möhkəm təməl sonrakı uğurlarımıza yol açdı. Belə ki, son 19 ildə ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlməsi nəticəsində Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi nüfuz qazanır. Cənab İlham Əliyev çıxışında bildirdi ki, indi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Azərbaycan bu iki il ərzində heç bir ölkədən, təşkilatdan, donordan bir manat belə yardım almayıb.
Bu illər ərzində beynəlxalq müstəvidə çox fəal iş aparıldı. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi. Vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olub. Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi.
Bu Qələbə gözlənilən idi. Hər kəs Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idi. Çünki dövlət başçısı İlham Əliyev möhkəm təmələ əsaslanaraq elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdır.