YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarusun paytaxtında Birliyin iştirakçısı olan dövlətlərin Dəmiryol Nəqliyyatı Şurasının iclası keçiriləcək

Mayın 20-21-də “Renessans Minsk” otelində MDB-nin iştirakçısı olan dövlətlərin Dəmiryol Nəqliyyatı Şurasının 62-ci iclası olacaq. Bu barədə Belarusun paytaxtında Birliyin İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər.

İclasda MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak edəcək.

Şuranın üzvləri əvvəlki iclasın qərarlarının yerinə yetirilməsi gedişini, 2014-cü ildə və 2015-ci ilin birinci rübündə beynəlxalq nəqliyyat sahəsində dəmiryol şəbəkəsinin və sərnişin kompleksinin istismarı işinin yekunlarını müzakirə edəcəklər.

2015/2016-cı il üçün qatarların normativ hərəkət qrafikinin hazırlanması, 2014-cü il ərzində və 2015-ci ilin birinci rübündə dəmiryol idarələri arasında qarşılıqlı hesablaşmaların vəziyyəti məsələləri də müzakirə olunacaq.

İclasda 2014-cü ildə konteynerlərin inventarizasiyasına yekun vurmaq və 2015-ci ildə yük vaqonlarının inventarizasiyasına hazırlığı müzakirə etmək planlaşdırılır.

2014-cü ildə MDB-nin iştirakçısı olan dövlətlərin dəmiryol nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi konsepsiyası haqqında MDB Hökumət Başçıları Şurasının 18 oktyabr 1996-cı il tarixli qərarının yerinə yetirilməsi gedişi barədə məlumat dinləniləcək, bir sıra maliyyə məsələləri nəzərdən keçiriləcəkdir.

İclasın iştirakçıları Şura Direksiyasının sədri, onun müavinləri haqqında və Şuranın fəxri fərmanı ilə təltifat barədə haqqında qərar qəbul edəcəklər.

Şuranın Minskdə keçiriləcək iclasında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna, Ermənistan, habelə Gürcüstan, Latviya, Bolqarıstan, Finlandiya, Litva, Estoniya və İranın dəmiryol idarələrinin rəhbərləri başda olmaqla onların nümayəndə heyətləri iştirak edəcəklər.

 

DİGƏR Xəbərlər Arxiv