Xəbərlər
XİN: Ermənistanın törətdiyi müharibə cinayətlərinin cəzasızlığına son qoyulmalıdır
Ermənistanın törətdiyi müharibə cinayətlərinin cəzasızlığına son qoyulmalıdır.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin 2020-ci il oktyabrın 27-28-də Bərdədə törədilmiş terrorla bağlı rəsmi tviter səhifəsində paylaşımında bildirilib.
“İki il əvvəl oktyabrın 27-28-də Ermənistan atəşkəsi pozaraq Bərdəni kasetli raketlərlə bombaladı. İki yaşlı qız da daxil olmaqla 27 nəfəri qətlə yetirən və 70-dən çox adamı yaralayan bu hücum 2020-ci il müharibəsində mülki əhaliyə qarşı ən ölümcül hücum idi”, - deyə nazirliyin paylaşımında qeyd olunub.