Xəbərlər
Kürdəmirdə partiya fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü münasibətilə YAP Kürdəmir rayon təşkilatı Osman Mirzəyev adına ərazi partiya təşkilatında partiya fəalları ilə görüş keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi ziyarət edilib, abidəsi önünə tər güllər düzülüb.
Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Osman Mirzəyev adına ərazi partiya təşkilatının sədri Vaqif Alıyev Yeni Azərbaycan Partiyasının xalq qarşısındakı xidmətlərindən bəhs edərək bildirib ki, Partiyanın yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi olub. Qeyd edib ki, 1992-ci il noyabrın 21-də ulu öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Həmin dövrdə ulu öndər Heydər Əliyev tarixi missiyanı öz üzərinə götürərək dövlətçiliyimizi məhv olmaqdan xilas etdi. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası davamlı olaraq inkişaf edir. Ötən il keçirilən VII qurultay isə partiyamızın həyatında yeni mərhələnin əsasını qoyub.
Görüşdə YAP fəalları Dürriyə Seyidova, Xəyyam Məlikov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin xalqımız, ölkəmiz üçün gördüyü misilsiz işlərdən danışaraq xalqımza Zəfər sevinci yaşadan müzəffər Ali Baş Komandanın ətrafında, Yeni Azərbaycan Partiyasının sıralarında bundan sonra da daha sıx formada birləşəcəklərini, Azərbaycanın gələcək tərəqqisi naminə partiyamızın sədrinin həyata keçirdiyi siyasəti hər zaman dəstəkləyəcəklərini bildiriblər.
Görüşdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi uğurlu tarixi yola nəzər salaraq ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövləti üçün gördüyü misilsiz işlərdən söz açıb. Qeyd edib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var.