Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin dinamikası qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindən xəbər verir
Azərbaycan-Qırğızıstan münasibətlərin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik.
Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında söyləyib.
Qırğızıstanlı həmkarı Sadır Japarovun yarım il bundan əvvəl Azərbaycana səfərini xatırladan dövlətimizin başçısı deyib ki, bu səfər zamanı ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında əlaqələrimiz daha yüksək səviyyəyə qaldırıb.
“Əminəm ki, mənim səfərimin yekunlarına dair əldə olunacaq razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.