Xəbərlər
“Avtomobil Yollarının Mühafizə Xidməti” MMC publik hüquqi şəxsə çevrilib
Prezident İlham Əliyev 2022-ci il oktyabrın 10-da “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, ölkənin avtomobil yollarının və yol qurğularının daha etibarlı qorunmasını təmin etmək məqsədilə “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində “Avtomobil Yollarının Mühafizə Xidməti” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil ediləcək.
Avtomobil Yollarının Mühafizə Xidməti Agentliyin balansına verilmiş avtomobil yollarının, eləcə də körpülərin, tunellərin və digər yol qurğularının qorunmasını təşkil edən publik hüquqi şəxs kimi müəyyən olunub. Xidmətin fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri “Avtomobil yolları” Məqsədli Büdcə Fondunun vəsaiti hesabına maliyyələşdiriləcək.