Xəbərlər
Qarabağa həyat yenidən qayıdır
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Azərbaycan torpaqlarının 30 il davam edən işğalı nəhayət ki, sona çatdı. Bu tarixi qələbə sevincini, bu möhtəşəm zəfər qürurunu Azərbaycan xalqına məhz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yaşatdı. Şübhəsiz ki, dövlət başçımızın ölkəmizə rəhbərlik etdiyi 19 il ərzindəki müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-addım yaxınlaşdı. Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi. Bunun nəticəsidir ki, Azərbaycan hazırda Cənubi Qafqazın lider dövlətidir.
Oktyabrın 5-də dövlətimizin başçımızın Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışı zamanı həmişə olduğu kimi yenə mühüm məsələlər barədə geniş məlumat verdi. Xüsusən Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması,dirçəlişi haqqında danışan cənab prezident xarici qonaqların qarşısında dünyaya növbəti bir mesaj vermiş oldu. 30 İldən çox Ermənistanın işğalçılıq siyasətinə göz yuman dünya artıq görür ki,Azərbaycan öz taleyini özü həll edəcək qədər güclü bir dövlətə çevrilib. “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” deyən, Prezident İlham Əliyev xaqlqımızın haqqını çıxış etdiyi hər tribunada sonuna qədər müdafiə edir.Bu isə bir Azərbaycan vətəndaşı olraq məni çox qürurlandırır. Əminəm ki, bu qürur hissini bütün xalqımız hiss edir və yaşayır.
Bu gün işğaldan azad edilən ərazilərimizdə erməni vandalları tərəfindən viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, Yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin nə qədər barbar, vəhşi olduğunu bir daha göstərir. Ancaq bütün bunlara baxmayaraq qarşıda bizi işğaldan azad edilmiş torpaqlarımızda möhtəşəm quruculuq işləri gözləyir. Dövlətimizin başçısının dediyi kimi, biz bütün şəhər və kəndlərimizi bərpa edəcəyik, yenidən quracağıq və işğaldan azad edilmiş bütün bölgələrimizə həyat qayıdacaqdır. Çünki Bizim Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyev kimi Ali Baş Komandanımız var.