YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması-Böyük Qayıdışın başlanığıcı

Rafiq Əliyev

YAP Yevlax rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin peşəkar rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun düşmənin işğalından azad etdiyi doğma ərazilərimizdən biri də Ağdam rayonudur. Ağdam əcdadlarımızın qədim yaşayış məskənlərindən biridir. Ölkə Prezidentinin müvafiq tapşırığı əsasında həm Ağdamda, həm də azad olunan digər ərazilərimizdə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Ağdam işğal dövründə erməni təcavüzkarları tərəfindən tamamilə dağıdılmış, oradakı mədəni-tarixi abidələrimizə qarşı vandallıq aktı həyata keçirilmişdir. Dövlətimizin başçısının müdrik siyasəti nəticəsində 10 noyabr 2020-ci il tarixdə Ermənistan rəhbərliyi kapituliyasiya aktını imzaladıqdan sonra, Laçın, Kəlbəcər rayonları ilə bərabər Ağdam rayonu da heç bir münaqişə baş vermədən düşməndən geri alınmışdır. Cənab Prezident Ağdam rayonu işğaldan azad olunduqdan sonra dəfələrlə bu rayona səfər edib, həmçinin bir neçə gün öncə dövlətimizin başçısı Ağdamda infrastruktur layihələrin və 3 kəndin-Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinin təməlini qoymuşdur. Bu isə təbii ki, Böyük Qayıdışın əyani nümunələridir. Mühüm məqamlardan biri odur ki, bir neçə gün öncə Azərbaycan ilk beynəlxalq şəhərsalma tədbirinə Ağdamda ev sahibliyi etmişdir.  2022-ci il 5 oktyabr tarixində BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilib. Tədbirdə çıxış edən cənab Prezident qeyd etdi ki, Ağdam işğal illərində dağıdılıb. O, Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, 30 il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb. Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var. Ermənilər məsciddə donuz və inək saxlayıblar. Azad etdiyimiz ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Onlardan 2-si – biri burada, digəri Şuşada yarımçıq sökülüb və təhqir olunub.

Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurdlarından etnik təmizləməyə məruz qalmışdır. 2020-ci ildə başlayan və möhtəşəm Zəfərlə bitən müharibədə sadəcə erməni ordusu darmadağın olmadı, onların əsrlərdir riyakarcasına yaratdığı mifologiya da məhv edildi. Qürurlu hadisədir ki, bu gün Azərbaycanın işğaldan azad olunan əraziləri beynəlxalq tədbirlərə ev sahibliyi edir. Həmin tədbirdə iştirak edən, ümumilikdə Ağdamda səfərdə olan xarici dövlətlərin nümayəndələri şəhərə baxdıqda əyani sürətdə erməni vandalizminin şahidi olur. Güclü lider-Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində beynəlxalq hüququ pozan, qəbul edilmiş qətnamələrə məhəl qoymayan Ermənistana onların heç bir zaman  unutmayacağı böyük dərs verdi. Yaxın gələcəkdə dövlət başçısının apardığı düzgün və məqsədyönlü siyasət nəticəsində təkcə Ağdamda deyil, bucür beynəlxalq tədbirlər Qarabağ və ətraf digər rayonlarımızda da təşkil olunacaqdır. Ümumilikdə xüsusilə qeyd edilməlidir ki, doğma ərazilərimizdə aparılan sürətli, planlı abadlıq-quruculuq işləri Azərbaycanın iqtisadi gücünün yüksək səviyyədə olmasına və xalqımızın firavan həyatı, xoşbəxt gələcəyi naminə hesablanan müdrik YAP siyasətinin bariz nümunəsidir.

DİGƏR Xəbərlər Arxiv