Xəbərlər
Vətən uğrunda şəhid olanlar unudulmur!

Cəlilabadda Vətən müharibəsi şəhidi Hüseynov Cavid Habil oğlunun xatirəsi anılıb, şəhidin məzarı ziyarət olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Cəlilabad rayon təşkilatının rəhbərliyi və partiya fəalları rayonun Hamarqışlaq kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Tədbir iştirakçıları şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, qayğı və problemləri ilə maraqlanıblar.