YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Onlara Azərbaycan vətəndaşı demək olmaz

Rahib Rəsulov

Azərbaycan Müharibə Əllilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Ucar filialının sədri, 2-ci dərəcəli Qarabağ qazisi 

Məlum 12-13 sentyabr hadisələrindən sonra sosial şəbəkələrdə ancaq ad və soyadları (bu cür insanlara Azərbaycan vətəndaşı demək olmaz) azərbaycanlı olan bir qrup üzdəniraq işbazlar ermənipərəst qüvvələrin dəstəyi ilə insanlarımıza qarşı yersiz çağrışlar edərək onları düzgün olmayan yollara çəkmək istəyirlər. Lakin illərin sınağından keçmiş  Azərbaycan xalqı artıq çox gözəl başa düşür ki, indi Əli Kərimlilər, Sevinc Osmanqızılar, Tural Sadıqlılar və ya Qənimət Zahidlər zamanı deyildir. Onlar daim xalqın, millətin yox, yalnız öz mənafeylərini güdən insanlar olublar.

Canlı və əyani surətdə şahidi olduğum AXC dövründəki Milli Orduda olan ozbaşnalıq, hərc-mərclik, başıpozuqluq və qarşıdurma elə bir həddə gəlib çatmışdır ki, belə bir ordunu istənilən zaman tamamilə məhv etmək istənilən düşmən üçün çox sadə bir iş idi. O dövrdə əsgər və zabitlərin həyatı məhbus həyatına bənzəyirdi. Bu dövrlərdə üzdəniraq rəhbərlər iş görmək əvəzinə xalqı ancaq uçurumlara apararaq 10 minlərlə oğullarımızın şəhid olmasına bais oldular. Nəticə etibarilə isə xalqımız çox ağır vəziyyətlərlə üzbəüz qaldı.

Artıq Azərbaycan xalqı öz dövlətinin Ali Baş Komandanını, öz Sərkərdəsini gözəl tanıyır və əmindilər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birləşməklə, hər zaman ən gözəl nailiyyətlərə imza atacaqlar. Bizləri və ümumilikdə Azərbaycan xalqını heç bir başıpozuq çağırışlar aldada bilməz. Bizim üçün hər zaman Prezident-Xalq vəhdəti və birliyi mövcuddur. Və bu birlik bizi hər zaman uğurlu sabahlara aparacaqdır.