Xəbərlər
Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 58-ci iclası keçiriləcək
Mayin 12-13-də İsrailin Hayfa şəhərində Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 58-ci iclası və turistlərin xoş təəssüratının artırılmasında mobil texnologiyalardan istifadəyə dair seminar keçiriləcək.
İclasda ümumi iş proqramının 2014-2015-ci illər üçün yerinə yetirilmə vəziyyətinə baxılacaq, habelə 2016-2017-ci illərdə nəzərdə tutulan tədbirlər barədə məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Seminarda isə mobil texnologiyalara dair ən yaxşı proqramlar, interaktiv əlavələr, turistlər üçün reallıqla tamamlanmış oyunlar, habelə turistlərdə xoş təəssürat yaradacaq digər texnologiyalar nümayiş etdiriləcək.
Xatırladaq ki, Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 57-ci iclası keçən ilin aprel ayında Bakıda keçirilib.